Vaşinqtonda Qazaxıstanın ABŞ-dəkı yeni fövqəladə və səlahiyyətli səfiri Maqjan İlyasov etimadnaməsini ABŞ Prezidenti Donald Trampa təqdim edib.
24media.az APA-ya istinadən xəbər verir ki, səfir bu barədə sosial şəbəkə X hesabında paylaşım edib. O, etimadnamənin təqdim olunmasını Qazaxıstan–ABŞ münasibətlərinin inkişafı baxımından mühüm addım kimi qiymətləndirib.
Mağjan İlyasov bildirib ki, məqsəd iki ölkə arasında Genişləndirilmiş Strateji Tərəfdaşlığın daha da möhkəmləndirilməsidir. Onun sözlərinə görə, Vaşinqtonda keçirilmiş C5+1 Zirvə görüşünün nəticələri, eləcə də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə ABŞ Prezidenti Donald Tramp arasında Oval Ofisdə baş tutmuş yüksək səviyyəli görüş bu əməkdaşlıq üçün möhkəm zəmin yaradıb.
Səfir qeyd edib ki, qarşıdakı dövrdə Qazaxıstan və ABŞ arasında siyasi, iqtisadi və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyətə xüsusi önəm veriləcək.
Arzu Qafarova
