İsveçrəli tennisçi Stanislas Vavrinka peşəkar karyerasını 2026-cı ildə başa vuracağını elan edib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, açıqlamasında hər bir karyeranın bir sonu olduğunu qeyd edərək, 2026-cı ilin peşəkar tennisdə onun üçün son il olacağını bildirib.
Qeyd edək ki, Stanislas Vavrinka peşəkar arenada 2002-ci ildə debüt edib. Karyerası ərzində 16 titul qazanan tennisçi üç dəfə “Böyük dəbilqə” turnirlərinin qalibi olub. O, 2008-ci ildə Roje Federer ilə birlikdə Olimpiya çempionu adını qazanıb, 2014-cü ildə isə İsveçrəyə ilk “Davis Kuboku” titulunu gətirib.
Arzu Qafarova
