Bu gün:

Honkonqda faciəvi yanğın nəticəsində ölənlərin sayı artdı


Honkonqda yerləşən “Vanq Fuk Kort” yaşayış kompleksində baş vermiş güclü yanğın nəticəsində həyatını itirənlərin sayı 161 nəfərə çatıb.


24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Honkonqun aparıcı nəşrlərindən olan “South China Morning Post” məlumat yayıb. Bildirilib ki, Tay Po rayonunda qeydə alınan hadisə ilə bağlı aparılan məhkəmə-tibbi ekspertiza zamanı daha bir nəfərin həlak olduğu təsdiqlənib və bununla da ölənlərin sayı artıb.

Məlumata görə, yeni fakt DNT analizləri nəticəsində üzə çıxıb. Daha əvvəl açıqlanan məlumatlarda yanğın nəticəsində dəyən maddi ziyanın 642 milyon ABŞ dollarından çox olduğu qeyd olunmuşdu. Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et