ABŞ dövlət katibi Marko Rubio ABŞ Prezidenti Donald Tramp ilə Venesuela Prezidenti Nikolas Maduro arasında birbaşa danışıqların mümkünlüyünü istisna etmədiklərini bildirib.

24Media.az xəbər verir ki, Rubio bu barədə dekabrın 19-da ABŞ Dövlət Departamentində jurnalistlərlə ünsiyyəti zamanı danışıb.
“Prezident Trampın danışıqları ilə bağlı şərh verməyəcəyəm. Yalnız onu qeyd edim ki, gördüyünüz kimi, prezident istənilən şəxslə danışmağa hazırdır. O, danışıqları güzəşt kimi qiymətləndirmir”, – deyə Rubio vurğulayıb.
Qeyd edək ki, ABŞ ilə Venesuela arasında münasibətlər uzun müddətdir gərgin olaraq qalır. Vaşinqton Nikolas Maduronun legitimliyini tanımır və ölkəyə qarşı sanksiyalar tətbiq edir. Bununla yanaşı, qlobal enerji bazarındakı proseslər və regionda geosiyasi maraqlar tərəflər arasında mümkün dialoq ehtimalını yenidən gündəmə gətirir. Donald Trampın xarici siyasətdə birbaşa liderlərarası təmaslara üstünlük verməsi də bu kontekstdə diqqət çəkir.
Sona Osmanova
