Bu gün:

Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-nin rolundan danışıb


Tramp administrasiyası sülhməramlı yanaşmanı prioritet sayır.


24media.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının xarici siyasətdə əsas prioritetlərindən birinin sülhməramlı yanaşma olduğu bildirilib.

ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamentində jurnalistlərlə keçirdiyi brifinq zamanı deyib ki, Vaşinqton müxtəlif regionlarda mövcud münaqişələrin həllində vasitəçi rolunu oynamağa çalışır.

Onun sözlərinə görə, ABŞ Rusiya–Ukrayna münaqişəsi, Hindistan və Pakistan, Tailand və Kamboca arasındakı gərginlik, Sudandakı humanitar böhran, eləcə də Cənubi Sudanda mümkün qarşıdurma riskləri ilə bağlı proseslərdə fəal iştirak edir. Rubio həmçinin Ermənistan–Azərbaycan münaqişəsinin həlli istiqamətində də ABŞ-nin səylər göstərdiyini qeyd edib.

“Biz hər zaman imkan daxilində müharibələrin qarşısını almağa və ya mövcud münaqişələrə son qoymağa şərait yaradan vasitəçi rolunu üzərimizə götürməyə çalışırıq”, – deyə Marko Rubio vurğulayıb.

Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et