Bu gün:

SOCAR-ın 2026-ci il üzrə büdcəsinin yekunlaşdırılması tapşırığı verilib


SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib


24media.az xəbər verir ki, SOCAR-ın Müşahidə Şurasının növbəti iclası baş tutub. İclas iqtisadiyyat naziri, Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilib.

İclasda SOCAR-ın 2025-ci ilin doqquz ayı üzrə maliyyə və əməliyyat göstəriciləri müzakirə olunub. Bununla yanaşı, 2026-cı il üçün nəzərdə tutulan büdcə layihəsi, şirkətin borc öhdəliklərinin idarə edilməsi və 2025-ci ildə dövlət büdcəsinə ödənilməsi planlaşdırılan dividend məsələləri diqqət mərkəzində olub.

Müzakirələrin yekununda dividend ödənişinin məqsədəuyğun olduğu bildirilib. Müəyyən edilmiş hədəflərə uyğun olaraq SOCAR-ın 2026-cı il üzrə büdcəsinin yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et