24media.az APA-ya istinadən xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff dekabrın 19-da Mayamidə Ukrayna və Avropa ölkələrinin təhlükəsizlik üzrə yüksək səviyyəli rəsmiləri ilə danışıqlar aparacaq.

Məlumata görə, görüşdə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerovla yanaşı, Almaniya, Fransa və Böyük Britaniyanın təhlükəsizlik üzrə müşavirləri də iştirak edəcəklər. Axios portalının məlumatında qeyd olunur ki, Almaniya, Fransa və Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşavirləri danışıqlar üçün bu gün Mayamiyə səfər edəcəklər.
Danışıqlarda regional təhlükəsizlik məsələləri və Ukrayna ətrafında mövcud vəziyyətin müzakirə olunacağı gözlənilir.
Səidə Abasova
