Bu gün:

Cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinin növbəti qalibləri müəyyənləşib


24media.az Report-a istinadən xəbər verir ki, cüdo üzrə U-17 yeniyetmələr arasında Azərbaycan birinciliyində daha 5 çəki dərəcəsində medalçılar müəyyənləşib. 

Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın ikinci günündə 141 cüdoçu tatamiyə çıxıb. İdmançılar qızlar arasında 44 kq, 57 kq və +70 kq, oğlanlar arasında isə 55 kq və 73 kq çəki dərəcələrində mübarizə aparıblar.

Qeyd edək ki, ölkə birinciliyinə dekabrın 21-də yekun vurulacaq.

İkinci günün mükafatçıları:

Qızlar

  • 44 kq: Nigar Heydərzadə (1-ci yer), Fatimə Abdullayeva (2-ci yer), Ayan Həsənli və Pərvin Sevxanlı (3-cü yer)

  • 57 kq: Gülnaz Məmmədtağıyeva (1-ci yer), Səmayə Yusifli (2-ci yer), Nəzakət Vəliyeva və Səma Vəlizadə (3-cü yer)

  • +70 kq: Zemfira Əliyeva (1-ci yer), Ləman Abbasova (2-ci yer), Aysel Mustafazadə və Arzu Rəşidova (3-cü yer)

Oğlanlar

  • 55 kq: İbrahim Talıbov (1-ci yer), Rza Xəlilli (2-ci yer), Məhəmməd Abdullazadə və Turan Ayvazlı (3-cü yer)

  • 73 kq: Sadiq Məmmədov (1-ci yer), Xəyal Sərkərov (2-ci yer), Yusuf Nəzər və Ruslan Əsgərov (3-cü yer)


Səidə Abasova


Paylaş
Şərh əlavə et