Bu gün:

Xarici diplomlar üzrə peşə tanınması imtahanı keçirilib


Dövlət İmtahan Mərkəzi tərəfindən xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə peşə tanınması imtahanı keçirilib.

24media.az APA-ya istinadən xəbər verir ki, imtahan Prezidentin müvafiq Fərmanı ilə təsdiqlənmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən təşkil olunub. İmtahanda iştirak üçün qeydiyyat Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən aparılıb.

DİM-in elektron imtahanlar korpusunda keçirilən imtahan saat 11:00-da başlayıb və 1 saat davam edib. Qeydiyyatdan keçən 188 nəfərdən 38-i imtahana qatılmayıb, 67 nəfər isə keçid balını toplayaraq müvəffəqiyyət qazanıb. İştirakçılara 30 test tapşırığı təqdim olunub və minimum keçid balı 15 olaraq müəyyən edilib.


Amina Paşazadə

Paylaş
Şərh əlavə et