Bu gün:

Çövkən üzrə Prezident Kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib


Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə 12-ci Prezident Kuboku uğrunda çövkən yarışlarının qrup mərhələsində növbəti qarşılaşmalar keçirilib.

24media.az AZƏRTAC-a istinadən bildirir ki, Binə Atçılıq Mərkəzində təşkil olunan ilk oyunda “Elit” komandası “Embavud”u 4 cavabsız qolla üstələyib.

Günün ikinci qarşılaşmasında isə “Sərhədçi” “Zəfər” komandasına 4:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 12-ci Prezident Kubokunun növbəti oyunları dekabrın 20-də keçiriləcək.

Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et