Bu gün:

Makron: "Avropa Rusiya ilə danışıqlara hazır olmalıdır"


"ABŞ-nin vasitəçiliyi ilə aparılan sülh danışıqları nəticə vermədiyi təqdirdə Avropa liderləri və Ukrayna Rusiya Prezidenti Vladimir Putinlə birbaşa təmas qurmağa hazır olmalıdırlar".

24media.az xəbər verir ki, bu fikirləri Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının sammitindən sonra jurnalistlərə açıqlamasında səsləndirib. Onun sözlərinə görə, ABŞ-nin rəhbərliyi ilə aparılan sülh təşəbbüsləri uğursuz olarsa, avropalı ölkələr Ukrayna üçün tam şəffaflıq prinsipi əsasında Rusiya ilə dialoqu yenidən bərpa etməyin yollarını axtarmalıdırlar.

Emmanuel Makron bildirib ki, Rusiya ilə danışıqların aparılması üçün uyğun və düzgün çərçivənin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Fransa dövlət başçısı Vaşinqtonun Ukrayna böhranının həlli istiqamətində atdığı addımları şərh edərkən mövcud vəziyyətin ideal olmadığını da qeyd edib.

Xatırladaq ki, Donald Tramp noyabr ayında münaqişənin həlli məqsədilə 28 maddədən ibarət plan təqdim etdikdən sonra Ukrayna ilə bağlı danışıqlar daha da intensivləşib. Sözügedən sənəd Kiyev və Avropa tərəfdaşlarının narazılığına səbəb olub. Daha sonra ABŞ Prezidenti planın Kiyev və Moskvanın mövqeləri nəzərə alınaraq yenidən işlənildiyini və yalnız bir neçə mübahisəli məsələnin açıq qaldığını bildirib.

Fatimə Hüseynova 

Paylaş
Şərh əlavə et