UEFA Konfrans Liqasında əsas mərhələnin VI tur oyunları keçirilib və bununla da liqa mərhələsinə yekun vurulub. Son turun nəticələrindən sonra turnirdə növbəti mərhələlərin iştirakçıları müəyyənləşib.

24media.az xəbər verir ki, qaydalara əsasən, liqa mərhələsini ilk 8 pillədə tamamlayan komandalar birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanıblar. Turnir cədvəlində 9–24-cü yerləri tutan kollektivlər isə pley-off mərhələsində mübarizəni davam etdirəcəklər.
VI tur çərçivəsində bir sıra qarşılaşmalar gərgin mübarizə şəraitində keçib. Günün diqqət çəkən nəticələri arasında “Legiya Varşava”nın “Linkoln” üzərində 4:1 hesablı qələbəsi, “Sparta Praqa”nın “Aberdin”i 3:0 hesabı ilə məğlub etməsi və “Rayo Valyekano”nun “Drita”ya üç cavabsız qol vurması yer alıb. Bəzi görüşlər isə qolsuz heç-heçə ilə yekunlaşıb.
Son turun oyunlarında qeydə alınan nəticələr belə olub:
AZ Alkmaar – “Yagelloniya” – 0:0
“Şaxtyor Donetsk” – “Riyeka” – 0:0
“Slovan Varşava” – “Hakken” – 1:0
“Legiya Varşava” – “Linkoln” – 4:1
“Sparta Praqa” – “Aberdin” – 3:0
“Dinamo Kiyev” – “Noa” – 2:0
“Kristal Pelas” – KuPS – 2:2
“Rayo Valyekano” – “Drita” – 3:0
“Şemrok Rovers” – Hamrun – 3:1
“Omoniya” – “Rakov” – 0:1
“Maynts 05” – “Samsunspor” – 2:0
“Strasburq” – “Breydablik” – 3:1
“Sele” – “Şelburn” – 3:1
Zrinski – “Rapid” – 1:1
AEK Afina – “Universitatya” – 3:2
“Siqma” – “Lex Poznan” – 1:2
AEK Larnaka – “Şkendiya” – 1:0
“Lozanna” – “Fiorentina” – 1:0
Qeyd edək ki, UEFA Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları 2026-cı il fevralın 19–20-də keçiriləcək.
Sona Osmanova
