Bu gün:

Aİ Ukraynaya 90 milyard avro dəstək ayıracaq


Avropa İttifaqı ölkələri Ukraynaya maliyyə yardımının artırılması ilə bağlı razılıq əldə ediblər. Qərar Aİ sammiti çərçivəsində qəbul olunub və Kiyevə növbəti iki il ərzində genişmiqyaslı maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur.

24media.az xəbər verir ki, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta qərarla bağlı sosial şəbəkə paylaşımında məlumat verib. Onun sözlərinə görə, razılaşmaya əsasən, 2026–2027-ci illərdə Ukraynaya ümumilikdə 90 milyard avro vəsait ayrılacaq.


Bildirilir ki, ayrılacaq maliyyə vəsaiti Ukraynanın iqtisadi dayanıqlığının qorunması, dövlət institutlarının fəaliyyəti və müharibənin yaratdığı sosial-iqtisadi fəsadların aradan qaldırılması məqsədlərinə yönəldiləcək. Aİ rəsmiləri bu addımın Ukraynaya uzunmüddətli və proqnozlaşdırılan dəstəyin təmin olunmasına xidmət etdiyini vurğulayırlar.


Qeyd edək ki, Avropa İttifaqı son illər ərzində Ukraynanın əsas maliyyə donorlarından biri kimi çıxış edir və qəbul olunan yeni qərar Aİ-nin Kiyevlə siyasi və iqtisadi həmrəyliyinin davam etdiyini göstərir.


Sona Osmanova 

Paylaş
Şərh əlavə et