24media.az saytının rəhbəri Anzulə Pərvizqızı "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

"24media.az"ın məlumatına görə, Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə təltif olunan şəxslər uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı, operativ və obyektiv informasiya təminatındakı xidmətləri, eləcə də Azərbaycan milli mətbuatının inkişafına verdikləri töhfələrə görə bu yüksək mükafata layiq görülüblər.
Yubiley medalı Azərbaycan Prezidenti İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş müvafiq qanunvericilik dəyişiklikləri əsasında təsis edilib.
"24media az" göstərilən bu yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirir.
Talehə Hüseynzadə
