Bu gün:

BMT Təhlükəsizlik Şurası Venesuela məsələsini müzakirəyə çıxarır


BMT Təhlükəsizlik Şurası (TŞ) 23 dekabr tarixində Venesuela ilə bağlı iclas keçirməyi planlaşdırır. İclasın təşkili ölkədəki gərgin vəziyyətin qiymətləndirilməsi və regionda təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyır.

24media.az, APA-ya istinadən xəbər verir ki, iclas Venesuelanın müraciəti əsasında keçiriləcək. Təhlükəsizlik Şurasının üzvləri Karib dənizindəki vəziyyəti müzakirə edəcək, həmçinin regiondakı sabitliyin qorunması və zəruri addımların müəyyənləşdirilməsi məsələlərinə diqqət yetirəcəklər.

Müşahidəçilər və ekspertlər bildirirlər ki, iclas nəticəsində TŞ tərəfindən məsələyə dair birgə qərarların qəbul olunması ehtimalı yüksəkdir. Venesuela hökumətinin müraciəti, xüsusilə humanitar və siyasi gərginliyin azaldılması məqsədini hədəfləyir və beynəlxalq ictimaiyyətin diqqətini ölkədəki vəziyyətə yönəldir.


Səidə Abasova 

Paylaş
Şərh əlavə et