Bu gün:

Könüllülük Həftəsinə 17 min könüllü cəlb olunub


Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev dekabrın 4–18-də keçirilən Könüllülük Həftəsi çərçivəsində ölkə üzrə müxtəlif tədbirlərin təşkil olunduğunu bildirib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Gənclər Fondunun dəstəyi və dövlət qurumları ilə yanaşı tərəfdaş təşkilatların iştirakı ilə həyata keçirilən tədbirlər zamanı düşərgələr, forumlar və sosial aksiyalar baş tutub.

Qeyd edilib ki, həftə çərçivəsində icra olunan 11 layihə 15 regionu əhatə edib və ümumilikdə 17 min könüllü bu proseslərə cəlb olunub.


Səidə Abasova

Paylaş
Şərh əlavə et