Bu gün:

AKTA-nın 2025-ci il üzrə fəaliyyəti müzakirə olunub


Dekabrın 18-də Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) 2025-ci il üzrə fəaliyyəti ilə bağlı hesabat tədbiri keçirilib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə AKTA-nın üzvləri, dövlət qurumlarının, ali təhsil müəssisələrinin və özəl sektorun nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı Assosiasiyanın il ərzində kibertəhlükəsizlik sahəsində həyata keçirdiyi fəaliyyətlər, maarifləndirmə tədbirləri və əməkdaşlıq istiqamətləri barədə ümumi məlumat verilib.

Qeyd olunub ki, AKTA tərəfindən il ərzində müxtəlif forumlar, seminarlar və təlimlər təşkil olunub, sahə üzrə kadr potensialının gücləndirilməsi və yerli-beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdən olub.

Tədbirin sonunda AKTA-nın 2026-cı il üçün planlaşdırılan fəaliyyət istiqamətləri diqqətə çatdırılıb və iştirakçılar Assosiasiyanın fəaliyyətini müsbət qiymətləndiriblər.


Səidə Abasova

Paylaş
Şərh əlavə et