18 dekabr 2025-ci il tarixində ana müxalifət partiyası CHP tərəfindən hazırlanan və terrorla bağlı vəziyyətin təhlilini əks etdirən sənəd Türkiyə Böyük Millət Məclisinin Baş katibliyinə təqdim edilib.
Partiyanın qrup sədr müavini Murad Emir bildirib ki, təqdim edilmiş hesabatda “ümid haqqı” ilə bağlı hər hansı bir istinad yoxdur.
O, təqdim etmə zamanı bildirib ki, bu hesabat əvvəlcə qısa və 29 maddədən ibarət xülasə formasında verilsə də, sonradan daha ətraflı və dərindən işlənmiş şəkildə hazırlanaraq təklif olunub. Hesabatda ölkədə dərhal həyata keçirilməsi zəruri olan hüquqi və tətbiqi addımlar, aktual problemlər və onların həlli yolları ətraflı şəkildə təsvir olunub. Bu sənəd ümumilikdə 53 səhifədən ibarətdir.
Hesabatda əsasən hüquqi dövlət quruluşunun necə zəiflədiyi və yenidən gücləndirilməsi üçün nələrin edilməsi lazım olduğu əksini tapıb. Xüsusilə, Konstitusiya Məhkəməsi və Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının yerinə yetirilməməsinin ölkədə demokratik mühiti və hüquqi bərabərliyi necə sarsıtdığı vurğulanır. Bundan əlavə qanunların tətbiq edilməməsi, əsas hüquq və azadlıqların nəzərə alınmaması, həmçinin iqtisadiyyat və təhsil sahələrində demokratikləşmə ehtiyacına toxunulur.
Partiya qrup sədr müavini vurğulayıb ki, hesabatda terrorla mübarizə qanunlarının dəyişdirilməsi və “terror” anlayışının hüquqi baxımdan dəqiq müəyyənləşdirilməsi kimi təkliflər yer alır. Eyni zamanda yerli idarəetmədə idarəçilərin vəzifəsindən çıxarılması ilə bağlı tətbiq edilən qaydaların dəyişdirilməsi və şəffaflığın artırılması da hesabatda yer alıb.
Emir əlavə edib ki, hesabatda terror təşkilatına üzv olmaqla bağlı ittihamı olmayan şəxslərin ölkəyə qaytarılması ilə bağlı konkret təklif yoxdur və onların hüquqi vəziyyətinin necə tənzimlənəcəyinə dair geniş müzakirələr aparılır. Partiyanın mövqeyi odur ki, ümumi sülhü dəstəkləyən tədbirlər prioritet olmalıdır və hüquqi prosedurların düzgün yerinə yetirilməsi üçün müvafiq dövlət qurumlarının məsuliyyəti artırılmalıdır.
Mənbə: haberglobal
Tərcümə etdi: Turqut Ansari
