Bu gün:

2025-ci ilin ən yaxşı kitabları seçilib


2025-ci ilin ən yaxşı kitabları siyahısı müasir ədəbiyyatın mövzu və üslub baxımından nə qədər zəngin olduğunu göstərib. Bu siyahıda tarixi romanlardan  fantastikaya, psixoloji nəsrdən ailə dastanlarına qədər geniş janr spektri yer alıb. 

Daniel Kehlmann, Lan McEwan, Chimamanda Ngozi Adichie və David Szalay kimi tanınmış müəlliflərin əsərləri sənət, güc, yaddaş və kimlik mövzularını dərinliklə araşdırıb. Debüt və gənc müəlliflərin romanları isə forma ilə eksperiment edib, yeni baxış bucaqları və cəsarətli dillə seçilib. Bir çox əsər müharibə, iqlim böhranı, texnologiya və sosial ədalət kimi aktual problemləri bədii müstəvidə işləyib.

Bu siyahı 2025-ci ilin ədəbiyyatının həm düşündürücü, həm də emosional cəhətdən güclü olduğunu sübut edib. Kitablar oxucunu yalnız hekayə ilə deyil, ideya və suallarla da üz-üzə qoyub. Nəticədə, bu seçim müasir oxucu üçün dəyərli və istiqamətverici bir ədəbi xəritə yaradıb.

Mənbə: BBC News

Tərcümə etdi: Fidan Mənsimova


Paylaş
Şərh əlavə et