Bu gün:

Sl istifadəsində səhvlər diqqət çəkir


Süni intellektin istifadəsi bir sıra sahələrdə problemlərə səbəb olub.Niderlandda McDonald’s şirkəti Sl tərəfindən hazırlanmış reklam kampaniyasını ictimai narazılıq səbəbilə dayandırıb. Şirkət reklamın insan nəzarətindən kifayət qədər keçmədiyini bildirib.

Digər bir hadisədə isə bir xəbər saytı süni intellektin yaratdığı məzmunda jurnalistin adını səhvən cinayət işi ilə əlaqələndirib. Sayt sonradan üzr istəyərək məlumatı silib.

Mütəxəssislər qeyd edirlər ki, süni intellektdən istifadə zamanı insan nəzarəti vacibdir və texnologiya hələ tam etibarlı deyil.

Mənbə: Reuters.com

Tərcümə etdi: Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et