Bu gün:

Energetika Nazirliyində kollegiya iclası keçirilib


Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Energetika Nazirliyinin struktur bölmələrinin və tabeli qurumlarının nümayəndələrinin iştirakı ilə növbəti kollegiya iclası keçirilib.24media.az xəbər verir ki, iclasda çıxış edən kollegiya sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq ölkədə ardıcıl şəkildə həyata keçirilən tədbirlərin sosial-iqtisadi inkişafı yeni mərhələyə yüksəltdiyini bildirib. O, Energetika Nazirliyinin əsas icraçı olduğu “yaşıl enerji” məkanı üzrə əldə olunan nəticələri də xüsusi qeyd edib.

İclas zamanı “yaşıl enerji” məkanı çərçivəsində nəzərdə tutulan tədbirlər müzakirə olunub. Bu tədbirlərə bərpaolunan enerji infrastrukturunun dövlət-özəl tərəfdaşlığı əsasında genişləndirilməsi, dənizdə külək enerjisi potensialının araşdırılması və ondan istifadə üçün hazırlıq işləri, bioenerji və geotermal enerjidən istifadə imkanlarının artırılması, bərpaolunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılması, potensial ərazilərdə ölçmə və müşahidə işlərinin təşkili, eləcə də enerji səmərəliliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə hesabatın təqdim olunması daxildir.

Eyni zamanda, “Azərbaycan Respublikasının Energetika Nazirliyi Kollegiyasının 2026-cı il üçün İş Planı”nın layihəsi təqdim edilib və bu çərçivədə görüləcək işlər barədə məlumat verilib.

İclasın yekununda müzakirə olunan məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.

Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et