Bu gün:

“İnternetdən təhlükəsiz istifadə” layihəsi davam edir


Elm və Təhsil Nazirliyi, “Aztelekom” MMC və MÜTDA-nın təşkilatçılığı ilə həyata keçirilən “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsi çərçivəsində təlimlər davam edir. Layihənin məqsədi şagird və müəllimlərdə rəqəmsal savadlılıq və onlayn təhlükələrdən qorunma vərdişlərini artırmaqdır.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, növbəti təlim Şəki rayonunun Qoxmuq kənd tam orta məktəbində keçirilib. Təlim zamanı şəxsi məlumatların qorunması, sosial şəbəkə qaydaları və məsuliyyətli internet istifadəsi mövzuları müzakirə olunub. Sessiyalar interaktiv formada və real vəziyyətlər üzərində aparılıb.

Layihə bu günədək Qusar və Lənkəran rayonlarını əhatə edib və növbəti mərhələdə digər bölgələrdə də davam edəcək.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et