Türkiyədə aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

24media.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən verilən qərara əsasən, şəxslər “narkotik vasitələrdən istifadə” maddəsi üzrə ittiham olunurlar.
Qərar çərçivəsində ümumilikdə 10 şübhəli şəxs üçün saxlanılma qərarı verilib. Onlardan sosial media fenomeni Cihan Şenözlü, müğənni Yusuf Güney və aktrisa Melisa Döngel hazırda axtarılır. Ölkə xaricində olan sosial media fenomenləri Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barəsində də müvafiq hüquqi tədbirlər görülüb.
Sona Osmanova
