Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktiki konfranslarda qalib seçilmiş işlər kitab şəklində çap olunub və təqdim edilib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə şagirdlər, onların elmi və məktəb rəhbərləri iştirak edib. Tədbir Ulu Öndər və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb, şagirdlər isə tarixi şəxsiyyətlərin obrazlarını canlandırıblar.
Konfranslarda 300-dən çox məktəbdən 3000-dən artıq şagird iştirak edib, qalib olan 80 şagirdin işləri kitabda dərc olunub. Tədbir sertifikatlar və kitabların təqdimatı ilə yekunlaşıb.
Arzu Qafarova
