Bu gün:

İçərişəhərin UNESCO İrsində 25 illiyi qeyd olunur


Bakıda İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25-ci ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edənlər İçərişəhərin Azərbaycanın mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Qeyd olunub ki, bu tarixi məkan unikal şəhərsalma və memarlıq xüsusiyyətləri ilə seçilir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, bu status Ümummilli Lider Heydər Əliyevin milli-mədəni irsin qorunmasına yönəlmiş siyasəti nəticəsində əldə olunub və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir.

Tədbir konsert proqramı və yubiley münasibətilə hazırlanmış videoçarxın nümayişi ilə yekunlaşıb.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et