Bu gün:

Putin Rusiyanın Avropaya hücum edəcəyi iddialarından danışıb


24media.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Avropaya hücum edəcəyi barədə iddialardan danışıb.

Putin Moskvada Müdafiə Nazirliyi ilə iclasda bildirib ki, Avropada Rusiya ilə potensial münaqişə barədə qorxu yaymaq “yalan və cəfəngiyatdır”. O, Ukraynadakı “xüsusi hərbi əməliyyatın” məqsədlərinə çatacağını, münaqişənin əsas səbəblərini diplomatiya ilə həll etməyə üstünlük verdiklərini söyləyib. Lakin düşmən danışıqlardan imtina edərsə, Rusiya tarixi ərazilərini hərbi yolla qoruyacağını vurğulayıb.

Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et