Bu gün:

BMT ABŞ-nin Venesuela neftinə qarşı blokadasının qanuniliyini araşdırır


24media.az xəbər verir ki, BMT ABŞ-nin Venesuela ilə bağlı hərəkətlərini araşdırır.

BMT-nin rəsmi nümayəndəsi Fərhan Haq bildirib ki, təşkilat hazırda ABŞ-nin Venesuelaya gedən və oradan gələn neft tankerlərinin blokadasının hüquqi əsaslarını yoxlayır. O vurğulayıb ki, tərəflər BMT Nizamnaməsinə əməl etməlidir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Venesuelaya gedən və oradan gələn bütün sanksiyalı tankerlərin blokadasını əmr edib və Venesuela hökumətini xarici terror təşkilatı kimi tanıdığını açıqlayıb.

Paylaş
Şərh əlavə et