Bu gün:

Merz: Almaniya Ukraynanın zəmanətçilərindən olmalıdır


24media.az APA-ya istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merz Almaniyanın digər NATO üzvləri ilə birlikdə Ukraynanın təhlükəsizlik zəmanətçiləri arasında yer almalı olduğunu bildirib.


Onun sözlərinə görə, Almaniya müttəfiqləri ilə birgə atəşkəsdən sonra Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə öz töhfəsini verməlidir. Kansler bu töhfənin detallərinin vaxtında müzakirə olunmasının vacibliyini vurğulayıb.


Fridrix Merz, həmçinin, başlayan diplomatik prosesin uğurla başa çatacağına ümid etdiyini qeyd edib.


Səidə Abasova

Paylaş
Şərh əlavə et