24media.az Report-a istinadən xəbər verir ki, Müdafiə Nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə hərbi hissələrdə xidməti-döyüş fəaliyyətinin vəziyyətini və qışa hazırlıq işlərinin keyfiyyətini yoxlayıb.
HHQ komandanı şəxsi heyətlə görüş zamanı Orduda aparılan islahatlar çərçivəsində döyüş qabiliyyətli hərbi hissələrin formalaşdırıldığını və müasir hərbi vasitələrlə təchizatın gücləndirildiyini vurğulayıb.Eyni zamanda, döyüş hazırlığının və şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, müasir silah və texnikanın praktiki mənimsənilməsi məqsədilə təlim və məşqlərin intensivliyinin yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Səidə Abasova
