NATO ölkələrinin iqtisadi istehsalının 5%-ni müdafiəyə xərcləmək barədə verdiyi vəd Donald Trampın “ən böyük xarici siyasət uğuru”dur, – alyansın rəhbəri bildirib.
BBC-yə müsahibəsində Mark Rutte deyib ki, NATO-nun “indiyə qədər olduğundan daha güclü” olmasının səbəbi Donald Trampdır. O əlavə edib ki, Tramp “kollektiv müdafiə, NATO və Ukrayna üçün yaxşı xəbərdir”.
ABŞ lideri Avropadakı müttəfiqləri müdafiəyə çox az vəsait ayırdıqlarına görə sərt şəkildə tənqid edib – hətta bunu etmədikləri təqdirdə ABŞ-nin qorumasını geri çəkə biləcəyi ilə hədələyib.
Mənbə: BBC News
Tərcümə etdi: Nərmin Nəcəfova
