Bu gün:

İtalyada dinozavr ayaq izləri aşkar edilib


İtaliyanın şimalında yerləşən Stelvio Milli Parkında minlərlə dinozavr ayaq izi aşkar edilib. Bu izlərin təxminən 210 milyon il əvvələ, Trias dövrünə aid olduğu müəyyənləşdirilib. Kəşf alimlər üçün bölgənin qədim təbiətini anlamaqda mühüm əhəmiyyət daşıyıb.

Ayaq izləri paralel sıralar şəklindədir və barmaqla caynaq izləri aydın görünür. Alimlər bu izlərin uzun boyunlu, ot yeyən prosauropod dinozavrlara aid olduğunu düşünürlər. Bəzi izlər sürülərin birlikdə hərəkət etdiyini və müdafiə məqsədilə qruplaşdıqlarını göstərir.

Bu tapıntı Stelvio bölgəsinin zəngin elmi və tarixi dəyərə malik olduğunu sübut edib. Ərazi çətin keçilən olduğu üçün araşdırmalar dron və uzaqdan ölçmə texnologiyaları ilə aparılacaq.

Mənbə: BBC News

Tərcümə etdi: Fidan Mənsimova



Paylaş
Şərh əlavə et