2025-ci ilin dekabr ayının 1-nə respublika üzrə qeydiyyatdan keçmiş 1.667.152 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi isə hüquqi şəxslər və digər təşkilatlardan ibarət olub.

24media.az APA-Economics-ə istinadən məlumat verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz artıb. Onlardan fiziki şəxslərin sayı 4,5 faiz, hüquqi şəxslərin sayı isə 6,9 faiz artım göstərib.

Dekabrın 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz artaraq 203.001 vahid təşkil edib. 2025-ci ilin yanvar–noyabr aylarında isə 12.957 kommersiya qurumu dövlət qeydiyyatına alınıb; bunların 88,8 faizi (11.506) yerli investisiyalı, 11,2 faizi (1.451) isə xarici investisiyalı olub. Kommersiya qurumlarının 85,1 faizi elektron qaydada qeydiyyata alınıb, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyat payı isə 96,4 faiz təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və digər formalarda yaradılıb.
Arzu Qafarova
