Dünya əmtəə bazarlarında qiymətli metallarda bahalaşma qeydə alınıb. Nyu-Yorkun COMEX əmtəə birjasında aparılan ticarət zamanı qızılın bir troya unsiyasının qiyməti əhəmiyyətli artım nümayiş etdirib.

24media.az xəbər verir ki, ticarət sessiyası ərzində qızılın qiyməti 36,1 ABŞ dolları bahalaşaraq 4 368,4 dollar səviyyəsində formalaşıb. Eyni zamanda bazarda gümüş də yüksələn dinamika göstərib və onun bir unsiyasının qiyməti 3,14 dollar artaraq 66,46 dollara çatıb.
Mütəxəssislər qiymətli metallardakı bu artımı qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin qalması və investorların riskdən yayınaraq daha təhlükəsiz aktivlərə yönəlməsi ilə əlaqələndirirlər. Qeyd olunur ki, qızıl və gümüş ənənəvi olaraq inflyasiya və bazar dalğalanmaları fonunda qoruyucu alət kimi ön plana çıxır və mövcud qiymət artımı da bu tendensiyanın davam etdiyini göstərir.
Sona Osmanova
