Bu gün:

Dünya bazarlarında neft bahalaşıb


Dünya bazarlarında neft qiymətlərində artım qeydə alınıb. “ICE London” qitələrarası birjasında aparılan ticarət zamanı “Brent” markalı neftin 2026-cı ilin fevral ayı üzrə fyuçers müqaviləsinin qiyməti 1,34% yüksələrək bir barel üçün 59,71 ABŞ dollarına çatıb.

24media.az xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin yanvar ayı üzrə “WTI” markalı neftin fyuçerslərinin qiyməti də artım nümayiş etdirib. Belə ki, ticarət sessiyası zamanı “WTI” neftinin bir bareli 1,4% bahalaşaraq 55,9 ABŞ dolları səviyyəsində qərarlaşıb.


Qeyd edək ki, son günlər neft bazarlarında müşahidə olunan bu artım qlobal tədarük gözləntiləri və enerji bazarlarında mövsümi aktivliyin yüksəlməsi fonunda baş verir. Analitiklər qiymətlərin qısa müddətdə əsasən fyuçers bazarındakı alqı-satqı fəallığı və investor gözləntiləri ilə formalaşdığını bildirirlər.


Sona Osmanova 

Paylaş
Şərh əlavə et