Azərbaycanın Kişineudakı səfiri Ülvi Baxşəliyev Moldova parlamentinin spikeri İqor Qrosu ilə görüşüb.

24media.az xəbər verir ki, görüşdə Azərbaycan və Moldova arasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. Tərəflər qarşılıqlı səfərlərin, dialoqun və daimi əlaqələrin vacib olduğunu bildiriblər. Bu barədə səfir Ülvi Baxşəliyev “X” sosial şəbəkəsində paylaşım edib.
Talehə Hüseynzadə
