Bu gün:

Bakıda keçiriləcək WUF13-ə hazırlıq Ər-Riyadda müzakirə olunub


24media.az Report-a istinadən xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGIC) 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) tərəfdaşı olacaq.

Ər-Riyadda aparılan müzakirələr zamanı Forumun hazırlıq prosesi və birgə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində dayanıqlı şəhərsalma və urbanizasiya mövzuları müzakirə olunub, urbanizasiyanın yaratdığı çağırışlara, şəhərlərin inklüziv və insan mərkəzli inkişafının əhəmiyyətinə diqqət çəkilib.

Qeyd edək ki, müzakirələr 4–15 dekabr 2025-ci il tarixlərində Ər-Riyadda keçirilən BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumu çərçivəsində baş tutub. Forumda NGIC üzvləri dayanıqlı şəhərsalma və müasir şəhər idarəçiliyi mövzularında çıxış ediblər.


Səidə Abasova

Paylaş
Şərh əlavə et