Bu gün:

Ai-də şirkətlərə nəzarətin azaldılması “xəyanət” adlandırılıb


Avropa İttifaqında sosial və ekoloji hesabatlılıq qaydalarının yumşaldılması ilə bağlı keçirilən səsvermədən sonra yaşıl təşkilatlar və hüquq müdafiəçiləri bu qərarı şirkət sui-istifadəsindən zərər çəkən icmalara qarşı “xəyanət” kimi qiymətləndirib. 

Avropada fəaliyyət göstərən daha az sayda şirkətin cəmiyyətə vurduğu zərərlər üzrə lazımi araşdırma aparılması qərara alınıb, yaşıl qruplar bunu korporativ sui-istifadədən təsirlənən icmalara qarşı “xəyanət” adlandırıb.

Çərşənbə axşamı Avropa Parlamenti deputatları tərəfindən təsdiqlənib yaşıl işıq yandırılan Aİ-nin davamlılıq üzrə hesabatlılıq və lazımi araşdırma qaydalarının zəiflədilməsi insan və ekoloji hüquqları qoruyan qanunların əhatə etdiyi şirkətlərin sayını kəskin azaldıb, həmçinin üzv dövlətlər üzrə ədalətə çıxışın uyğunlaşdırılmasına dair müddəaları ləğv edib.

Sosial və ekoloji hesabatlılıq yalnız 1 000-dən çox işçisi və illik xalis dövriyyəsi azı 450 milyon avro olan şirkətlər üçün tələb olunub, lazımi araşdırmanın isə yalnız 5 000-dən çox işçisi və illik xalis dövriyyəsi azı 1,5 milyard avro olan şirkətlər tərəfindən aparılmalı olduğu müəyyənləşdirilib. Sonuncu tələbin tətbiqi 2029-cu ilə qədər təxirə salınıb.

Son həftələrdə qanunvericilər və üzv dövlətlər arasında razılaşdırılıb və indi rəsmiləşdirilib dəyişikliklər paketi, həmçinin şirkətlərin biznes modelinin dayanıqlı iqtisadiyyata keçidlə uyğunluğunu göstərməsini tələb edən “keçid planları”nı lazımi araşdırma qaydalarından çıxarıb.

Mərkəz-sağ Avropa Xalq Partiyasından (AXP) olan isveçli deputat Yörgen Varborn bunu Aİ-də qaydaların sadələşdirilməsi istiqamətində “mühüm ilk addım” adlandırıb.

“Parlament Avropa üzrə iş yerləri yaradanların narahatlıqlarını dinləyib”, – deyə o bildirib. “Geniş əksəriyyətin dəstəyi ilə bugünkü səsvermə tarixi xərc azalmalarını təmin edib, eyni zamanda Avropanın dayanıqlılıq hədəflərini yolda saxlayıb”.

Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et