ABŞ-nin Los-Anceles şəhərində mədəniyyət və incəsənət sahəsində əlamətdar hadisə baş verib. Şəhərin tanınmış mədəniyyət məkanlarından biri olan Walt Disney Concert Hall-da bayram mövsümünə həsr olunmuş klassik musiqi konserti təşkil edilib.
Konsert proqramında kamera musiqisi janrında seçilmiş klassik əsərlər səsləndirilib. Tədbirdə Los Angeles Filarmoniyasının üzvləri çıxış edərək dinləyicilərə yüksək peşəkarlıq nümayiş etdiriblər. Musiqi gecəsi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb, zalda bayram əhval-ruhiyyəsi hökm sürüb.
Tədbirin əsas məqsədi klassik musiqinin təbliği, eyni zamanda bayram günlərində şəhər sakinləri və qonaqlar üçün zəngin mədəni proqramın təqdim olunmasıdır. Walt Disney Concert Hall-da keçirilən bu konsert Los-Ancelesin beynəlxalq mədəniyyət mərkəzi kimi mövqeyini bir daha təsdiqləyib.
Mənbə: artsbeatla
Tərcümə etdi: Zəhra Məlikova
