Bu gün:

Rusiya ordusu hücum dronlarının saxlanılma emalatxanasını dağıdıb


Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti Ukrayna Silahlı Qüvvələrinin hücum dronlarının yığılması və saxlanması obyektini uğurla məhv edib. Nazirliyin məlumatına görə, döyüş tapşırığına taktiki aviasiya, raket qüvvələri və artilleriya cəlb olunub.

Müdafiə Nazirliyi vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilən nəqliyyat infrastrukturu obyektləri, eləcə də hücum pilotsuz uçuş aparatlarının yığılması və saxlanması üçün emalatxana zədələnib.

Bundan əlavə, Rusiya qüvvələri 154 rayonda Ukrayna əsgərləri və xarici muzdlular üçün müvəqqəti yerləşdirmə məntəqələrinə zərbələr endirib. Xüsusi əməliyyatın başlanğıcından bəri Rusiya Silahlı Qüvvələri 669 təyyarə, 103 mindən çox dron, 26 mindən çox tank və 639 zenit-raket sistemini məhv edib.

Daha əvvəl Rusiya ordusunun Xarkov vilayətindəki Novoplatonovka kəndini azad etdiyi bildirilib. Əməliyyatda "Qərb" hərbi qrupunun döyüşçüləri iştirak edib.

Mənbə: News.ru

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et