“Qarabağ” klubu azarkeşlərin davranışına görə cərimələnib.

24media.az xəbər verir ki, müvafiq qərar AFFA İntizam Komitəsinin iclasında qəbul olunub.
Ağdam təmsilçisi Misli Premyer Liqasının XV turunda “Araz-Naxçıvan”la keçirilən oyunun ikinci hissəsində azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsinə görə 3000 manat məbləğində cərimə edilib.
Həmin qarşılaşmada “Araz-Naxçıvan” komandası isə dörd futbolçusunun sarı vərəqə almasına görə 700 manat ödəməli olacaq.
Aminə Paşazadə
