Bu gün:

Yeniyetmə cüdoçular Azərbaycan birinciliyində mübarizə aparacaqlar


Cüdo üzrə 17 yaşadək yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək. 

24media.az-ın məlumatına görə, yarış Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq. Turnirdə 88 klub və idman cəmiyyətini təmsil edən 495 cüdoçu - 350 oğlan və 145 qız -16 çəki dərəcəsi üzrə mübarizə aparacaq.

Birinciliyin fərdi görüşləri dekabrın 18–20-də, komandalararası yarış isə dekabrın 21-də keçiriləcək. Qarşılaşmalar hər gün saat 11:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan cüdo üzrə digər yaş qruplarında da böyük iştirak göstərib. Məsələn, 18 yaşadək ölkə birinciliyində 96 klubdan 662 cüdoçu mübarizə aparıb.

Aminə Paşazadə

Paylaş
Şərh əlavə et