Bu gün:

Azərbaycanın ən çox investisiya yatırdığı ölkə məlum olub


2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyalar 4 milyard 736 milyon dollardan çox olub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 213 milyon 485 min dollar və ya 4,7 faiz artım deməkdir.

24media.az bildirir ki, 2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycana ən çox birbaşa xarici investisiya yatıran ölkə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş krallığı olub. Bu ölkədən cəlb olunan investisiyaların həcmi 1 milyard 243 milyon 118 min dollar təşkil edib.

Eyni zamanda, Azərbaycanın xaricə qoyduğu birbaşa investisiyaların həcminə görə İsrail ilk sırada yer alıb. Belə ki, cari ilin 9 ayında İsrail iqtisadiyyatına 542 milyon 661 min dollar məbləğində investisiya yatırılıb.

Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et