Bu gün:

Azərbaycan və Niderland ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər


Niderlandın xarici ticarət və inkişafın təşviqi üzrə dövlət katibi Aukye de Vries Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyovla görüşüb.

24media.az xəbər verir ki, bu barədə Aukje de Vries "X"də yazıb. 

Aukje de Vries bildirib ki, görüş zamanı Azərbaycanla Niderland arasında ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi, xüsusilə kənd təsərrüfatı sektoru və dənizçilik sənayesində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bundan əlavə, tərəflər Cənubi Qafqaz regionunda baş verən mövcud geosiyasi prosesləri də müzakirə ediblər.

Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et