Bu gün:

Kallas: Aİ 2025-ci ildə Kiyevə 27 milyard avro dəyərində silah verib


APA-ya istinadən 24media.az xəbər verir ki, Avropa İttifaqı 2025-ci ildə Ukraynaya 27 milyard avro dəyərində silah-sursat təqdim edib.

Bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ittifaq ölkələrinin xarici işlər nazirlərinin iclasının yekunları üzrə açıqlamasında bildirib.


Onun sözlərinə görə, Avropa İttifaqı bu il Ukraynaya rekord həcmdə hərbi dəstək göstərib. Kaya Kallas qeyd edib ki, Kiyevə, eyni zamanda, 2 milyon ədəd döyüş sursatı tədarük olunub.


Paylaş
Şərh əlavə et