Bu gün:

Qızıl idxalı həcmləri tarixi maksimuma çatıb


Bu ilin 10 ayında Azərbaycan 4 milyard 515,1 milyon ABŞ dolları dəyərində 44 min 441 kiloqram qızıl idxal edib. 24media.az "Report"-a əsasən bildirir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 64 % çoxdur.

Hesabat dövründə Azərbaycan Avstraliyadan 760,2 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 26 % az) 7 min 104 kiloqram (-46 %), Rusiyadan 656,8 milyon ABŞ dolları dəyərində (+3,5 dəfə) 6 min 784 kiloqram (+3,4 dəfə), Böyük Britaniyadan 481,3 milyon ABŞ dolları dəyərində 4 min 861 kiloqram (1 il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarından 458,8 milyon ABŞ dolları dəyərində (-1 %) 4 min 453 kiloqram (-25 %), İsveçrədən 396,3 milyon ABŞ dolları dəyərində (+2,6 dəfə) 3 min 454 kiloqram (+75 %) qızıl alıb.

2020-2023-cü illərdə Azərbaycana ümumilikdə 98,3 milyon ABŞ dolları dəyərində 1 724 kiloqram eyni adda qızıl gətirildiyi halda, 2024-cü ildə 3,313 milyard ABŞ dolları dəyərində 41 min 78 kiloqram həmin məhsuldan idxal olunub.

Bu ilin ilk yanvar-oktyabr aylarında Azərbaycan ancaq İsveçrəyə qızıl satıb. Bu ölkəyə 276,82 milyon ABŞ dolları dəyərində 3 min 971 kiloqram qızıl tədarük olunub ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 69 % və 15 % çoxdur.

Səidə Abasova

Paylaş
Şərh əlavə et