Azərbaycan Respublikası və Əlcəzair Hökumətləri arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib.

24media.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmana əsasən, Saziş qüvvəyə minən kimi Azərbaycan Nazirlər Kabineti müddəaların icrasına, Xarici İşlər Nazirliyi isə zəruri prosedurların tamamlandığını Əlcəzair Hökumətinə çatdırmağa məsul olacaq.
Qeyd edək ki, Birgə Komissiyanın yaradılması Azərbaycan və Əlcəzair arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlığın sistemli şəkildə inkişaf etdirilməsini təmin edəcək.
Aminə Paşazadə
