Bu gün:

FHN əməkdaşları ali hərbi və xüsusi rütbələrlə təltif olunub


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ali hərbi və ali xüsusi rütbələrlə təltif olunub.

24media.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. 

Qeyd edək ki, bu sərəncam çərçivəsində verilən rütbələrin əksəriyyəti ali hərbi rütbələrdən ibarət olub, yalnız bir nəfərə ali xüsusi rütbə təqdim edilib.

Sərəncama əsasən FHN-nin 4 əməkdaşına verilən rütbələr:

General-mayor Adil Ələsgər oğlu Abdullayevə “general-leytenant” ali hərbi rütbəsi;

Polkovnik Fərhad Nəriman oğlu Səmədova və polkovnik Seymur Taleh oğlu Qaraşova “general-mayor” ali hərbi rütbəsi;

Daxili xidmət polkovniki Vaqif Tofiq oğlu İbrahimova “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.

Aminə Paşazadə

Paylaş
Şərh əlavə et