Mürren İsveçrənin Alp dağlarında yerləşən, avtomobilsiz və çox sakit bir dağ kəndidir. Bu orta əsr kəndi uzun illər xarici aləmdən nisbətən təcrid olunmuş vəziyyətdə qalıb. Dünyanın ən dik kanat yolu açıldıqdan sonra Mürren vadidən cəmi bir neçə dəqiqəyə əlçatan olub.

Yeni Schilthorn kanat yolu kəndi vadi ilə birbaşa birləşdirərək nəqliyyatı və gündəlik həyatı xeyli asanlaşdırıb. Mürren həm qışda xizək mərkəzi, həm də yayda yürüş və paraşütlə uçuş üçün məşhur turizm məkanıdır. Kəndin güclü icma ruhu və təbii gözəlliyi onu gələn qonaqlar üçün unudulmaz edib.
Mürren yalnız bir turizm məkanı deyil, həm də təbiətlə harmoniyada qurulmuş həyat tərzinin nümunəsidir. Avtomobilsiz mühit və saf dağ havası insanlara sakitlik və azadlıq hissi bəxş edib. Bu kəndi tam anlamaq üçün onu görmək yox, yaşamaq lazımdır.
Tərcümə etdi: Fidan Mənsimova
