Bu gün:

Böyük Britaniyanın ticarət elçisi Naxçıvanda səfərdədir


Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü lord Con Alderdays Naxçıvan Muxtar Respublikasında səfərdədir.

Report-a istinadən 24media.az xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi “X” sosial şəbəkəsində paylaşım edib.

Məlumata görə, Con Alderdays Ordubad şəhərində yerləşən, XVII əsrə aid tarixi abidə olan və hazırda tarix və etnoqrafiya muzeyi kimi fəaliyyət göstərən Qeysəriyyə binasını, eləcə də Cümə məscidini ziyarət edib.

Qeyd olunur ki, şəhərin mərkəzində qaya üzərində inşa edilən və XVII əsrdə bərpa olunan Cümə məscidi qədim mənşəyi ilə Ordubadın zəngin tarixi irsinin simvolu kimi dəyərləndirilir.


Səidə Abasova

Paylaş
Şərh əlavə et