Bu gün:

ABŞ Venesuelaya qarşı siyasətini sərtləşdirib


ABŞ dekabrın 10-da Karib dənizində sanksiyaları pozmaqda ittiham edilən bir neft tankerini ələ keçirib. Bu addım Vaşinqtonun Venesuelaya qarşı mövqeyini daha da sərtləşdirməsi kimi qiymətləndirilir.

Bundan əvvəl ABŞ hərbi gəmiləri bir neçə həftədir Latın Amerikası ölkəsinin ətrafında yerləşdirilib. Eyni zamanda, ABŞ-yə narkotik daşıdığı iddia edilən qayıqlara edilən hücumlarda onlarla insan həlak olub.

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun başına qoyulan mükafatı da ikiqat artırıb.

Nikolas Maduro kimdir?

Keçmiş avtobus sürücüsü və Həmkarlar İttifaqı lideri olan Maduro keçmiş prezident Uqo Çavesin yetişdirdiyi və Venesuela Birləşmiş Sosialist Partiyasının (PSUV) lideri olub. Çaves 2013-cü ildə vəfat etdikdən sonra Maduro prezident vəzifəsini icra edir.

Çaves və Maduro hakimiyyətdə olduqları 26 il ərzində Venesuela parlamenti məhkəmə sistemi və seçki şurası kimi əsas qurumların nəzarətini ələ keçiriblər. 2024-cü il seçkilərində müxalifət namizədi Edmundo Qonsales qalib gəldiyini iddia etsə də, rəsmi nəticələrə görə Maduro yenidən prezident elan olunub.

Mənbə: BBC

Tərcümə etdi: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et